featured

Vardanyan: Güzəştə getmədən qalib gəldik, yol da açılacaq

Xankəndiyə qazın nəqlinin bərpa edilməsi ilə bağlı Azərbaycan ərazisində qanunsuz məskunlaşan Rusiyanın erməni əsilli milyarderi Ruben Vardanyan açıqlama yayıb.

Yenipress.az xəbər verir ki, o, canlı yayımda bunu “qələbə” adlandırıb.

“Heç bir şərt, heç bir güzəşt olmadan “qonşu ölkə” (?) Qarabağa qaz nəqlini bərpa etdi. Bu, bizim qələbəmizdir, ona görə ki, birlik nümayiş etdirdik. Göstərdik ki, biz birlikdəyik və güzəştə getməyə hazırlaşmırıq.

Bu gün gün ərzində yolun da açılması gözlənilir. Bunu onlar qərarlaşdırıb, hiss ediblər ki, səhv ediblər. Onlar daxildən və xaricdən güclü təzyiq gördülər. Bizi dəstəkləyən bütün ölkələrə təşəkkür edirəm”, – o bildirib.

Qeyd edək ki, Xankəndiyə qazın məhdudlaşmasının Azərbaycana heç bir aidiyyəti olmadığını Azəriqaz ASC rəsmən elan etmişdi. belə ki, Xankəndiyə qaz hələ də Ermənistandan verilir.

Vardanyan özünü Qarabağdakı hansısa qondarma qurumun “dövlət naziri” kimi təqdim edir.

 

Sizinxeber.Az

Vardanyan: Güzəştə getmədən qalib gəldik, yol da açılacaq

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!