Sizin Reklamınız Burada ola bilər!
Valideynlərə xəbərdarlıq: Bu cizgi filmləri təhlükəlidir - Video
Valideynlərə xəbərdarlıq: Bu cizgi filmləri təhlükəlidir - Video

Valideynlərə xəbərdarlıq: Bu cizgi filmləri təhlükəlidir – Video

Son zamanlar uşaqlar üçün dəb halina gətirilən yeni oyuncaqlar uşaqlarda dərin psixoloji travmalar yaradır.

Yeniavaz.com xəbər verir ki, “Xəzər Xəbər” məsələ ilə bağlı süjet hazırlayıb.
Bildirilib ki, söhbət “Haggi Vaggi” adlı həm cizgi filmi, həm də oyun personajlarından gedir. Xüsusilə də oyunda bu personajlar uşaqları, öldürməyə təşviq edirlər. Psixoloqlar valideynləri bu məsələdə olduqca diqqətli olmağa çağırırlar.

Xezerxeber.az-ın məlumatına görə, sonradan canavara çevrilən bu oyun qəhrəmanı cəhənnəmə bir qapı açır. Olduqca vahiməli səslənən bu ifadələr son vaxtlar çox geniş yayılan bir uşaq oyununun əsas özəyidir.

Mütəxəssislər deyirlər ki, sevimli görünən bu oyuncaqlar əslində uşaqlarda böyük psixoloji travmaya səbəb olur.

Bu oyun o qədər geniş yayılıb ki, onun personajlarının kuklaları da düzəldilərək satılır. Hətta bu personajların şəkilləri qələm, dəftər və çantaların üzərində də qarşımıza çıxır. Bu azmış kimi, uşaqların ad günlərində və bayramlarda animatorlar bu bədheybətlərin kostyumlarından istifadə edirlər.

Valideynlər deyirlər ki, əvvəllər oyuncağı alan zaman onun təhlükəli olduğunu bilməsələr də, sonradan bunun ciddi problemlərə gətirib çıxardığını görüblər.

Vəziyyət o həddə çatıb ki, İtaliyada bu oyunun təsirində olan 6 yaşlı uşaq öz 3 yaşlı qardaşını boğaraq öldürməyə çalışıb. Son anda valideynlərin müdaxiləsi nəticəsində ölüm hadisəsi baş verməyib. Bu və buna bənzər faktlardan sonra Avropada oyunla bağlı valideynlər həyəcan təbili çalmağa başlayıblar. Türkiyədə isə bəzi iri marketlərdə bu oyuncaqların satışına qadağa qoyulub.

Psixoloqlar uşaqların zərərli oyunların təsirinə düşməmələri üçün valideynlərə tövsiyə edirlər ki, azyaşlıların nə oynadıqlarını, hansı cizgi filmlərinə baxdıqlarını mütləq nəzarət altında saxlasınlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Valideynlərə xəbərdarlıq: Bu cizgi filmləri təhlükəlidir – Video

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica