Sizin Reklamınız Burada ola bilər!
featured

Üzr videosunun əsas hədəfi: Müdafiə Nazirliyinə kimlər və niyə hücum edir?

Kamil Zeynallının bilərəkdən və ya bilməyərəkdən dəhşətli bir səhvə yol verdiyi göz önündədir. Söhbət şəhid qardaşının bankdan 6 min kredit götürdüyü və Komando birliyinə düzəlmək üçün rüşvət kimi verdiyini iddia etdiyi videodan gedir.
Müdafiə Nazirliyində “şirinlik” adına rüşvət olmayıbmı və yoxdurmu?

Kimsə bu sualı birmənalı təkzib edə bilməz. Ancaq məsələ Türkiyə və Azərbaycanın birgə layihəsi – Azərbaycan ordusunun NATO standartına uyğun yeni birliyi olan Komandodursa, vəziyyət düşündüyümüzdən daha təhlükəlidir.

Komando birbaşa Ali Baş Komandan İlham Əliyevin arzusu və istəyi üzərinə qurulmaqdadır; bu, qardaş Türkiyənin dəstəyi ilə Azərbaycan Ordusunun NATO standartına keçididir; bu, Azərbaycan Ordusunda Türkiyə təhsilli kadrların və sistemin oturuşmasıdır. Buna qarşı rus təhsilli kadrlar və “sistemin” mübarizə aparacağı və yaxud indiyədək mübarizə apardığı bəlli deyilmi?

Yenicə qurulan və Prezidentin birbaşa nəzarətində olan Komando hədəf alınıb. Kim edir bunu?

Azərbaycan Ordusunda rüşvət o qədər yayılmışdı ki, hətta Əfqanıstana sülhməramlı olaraq göndərilənlərdən 10-12 min civarında rüşvət alınırdı. 6 ay müddətində sülhməramlılara toplam 30 min civarında maaş verilirdi. Onun az qala yarısını Nəcməddin Sadıqov “çetesi” bu başdan ələ keçirirdi.

Əlbəttə, inanılmaz və inanılmaz olduğu qədər də iyrəncdir. Əfqanıstana, taliblərlə üz-üzə durmağa gedən, qanını qaşığa qoyan əsgərdən rüşvət almaq dərəcəsində bir aşağılıq ola bilməz.

İndi isə vəziyyət dəyişib. Və biz bunu məhz Kamondonun timsalında müşahidə edirik.

Bəs niyə indi şəhidimizin adından yayılan rüşvət ittihamı məhz Komandoya istiqamətləndirilir?

Kamil Zeynallı bu prosesi necə və niyə başladıb? Bilinmir. Yəqin ki, araşdırılacaq. Ancaq ehtimal ki, Kamilin özü də bilmədən (və yaxud bilərəkdən – istintaq müəyyən edəcək) başladığı kampaniyadan “5-ci kolon” olduqca məharətlə istifadə etməyə girişdi.

Şəhidin qardaşı Müdafiə Nazirliyinə dəvət olundu, ondan izahat alındı və bu məqamda jurnalist Eynulla Fətullayevin Müdafiə Nazirliyində şəhidin qardaşı ilə görüşü təşkil edildi. Bu necə olur? Müdafiə Nazirliyi daxili təhqiqata başlayırsa, Eynulla Fətullayev bunu necə bilir? Hansı statusla onun şəhid qardaşı ilə görüşünə şərait yaradılır? Kimdir bu şəraiti yaradan və niyə Eynulla Fətullayev?

Eynulla Fətullayev birbaşa, açıq mətnlə, heç kimdən çəkinmədən məkanın Müdafiə Nazirliyi olduğunu bildirdi, “üzr videosu”nun da Müdafiə Nazirliyində çəkildiyini fotolarla sübut etdi.

Eynulla Fətullayev Müdafiə Nazirliyinin rəsmi açıqlamasını faktiki olaraq bir neçə saat öncədən darmadağın etmişdi.

Bəs “üzr videosu” necə çəkilib, necə yayılıb?

Eynulla Fətullayev bu məsələdə də olduqca ciddi bir eyham vurdu: ilk yayan Həbib Müntəzirdir!

Düzdür, Həbib Müntəzir o videonun teleqram kanalında yayıldığını əks etdirən skrin-şotları da yaydı və ordan götürdüyünü bildirdi. Ancaq necə olur ki, Həbib Müntəzir dərhal həmin teleqram kanalı və orada belə bir video yayıldığından xəbər tutur? Hələlik bunun izahı yoxdur…

Eynulla Fətullayev isə “üzr videosu”nun MN-də çəkildiyi və Həbib Müntəzirə (və yaxud xaricdə kiməsə) göndərildiyinə işarə etdi.
“Müdafiə Nazirliyində Həbib Müntəzirlə işləyən kimdir?” sualı əlbəttə, aktuallaşır.

Sosial şəbəkədə bir çoxları “üzr videosu”nu çəkməklə Müdafiə Nazirliyinin ciddi səhv etdiyini iddia edir və bunu sərt tənqid edir. Doğrudanmı, MN-də o videonu çəkə bilən və onu kimlərəsə ötürən şəxs və ya şəxslərin “üzr videosu”nun doğuracağı əksi-reaksiyanı hesablamayacaq qədər düşüncəsiz olduqları qənaətindəsiniz?

Təbii ki, o “üzr videosu”nu çəkən və dolayısı ilə yayanlar bunun əks-effekt verəcəyini bilirdi. Sadəcə, onlar bir məsələni nəzərə almamışdılar: “üzr videosu”nun MN-də çəkildiyinin üzə çıxmasını.
Ancaq gerisi qaydasındadır: Müdafiə Nazirliyinə qarşı kəskin etiraz, ittihamlar, MN-in və Ordumuzun gözdən salınma kampaniyası… Hər şey çirkin plana uyğun gedir.

Bu proseslər fonunda Azərbaycan əsgərlərinin açıq sahədə hücuma keçərkən ermənilərin pusqusuna düşdüyü və ciddi itki verdiyini əks etdirən video da yayılır və hər kəs MN-i ittiham edir: əməliyyatın düzgün qurulmaması və çoxsaylı itkilərin olmasının səbəbkarı kimi…

Hər şey incəliyinə qədər düşünülüb: axı, əməliyyatda əsasən, xüsusi təyinatlılar və Komando iştirak edib! Uğurlar göz önündədir, şübhəsiz. Ancaq yeni Komando birliyinin ciddi itkiyə uğraması, əməliyyatın qeyri-peşəkarlığı haqda rəy yaradılması və “üzr videosu” ilə kimlərsə kimlərəsə hücum edir, yenicə doğulan Komandonun başını yeməyə çalışır.

Kimdir onlar?
Komandolarımızın pusquya düşməsi videosundan görünən odur ki, əsgərlər heç bir təhlükə gözləmədən irəliləyirlər və bütün baş verənlər qəfildən olur. Bəlkə, məxfi informasiya sızıntısı və yaxud qəsd haqda danışmaq lazımdır? Kimlərdir Ordumuzun əməliyyatı haqda düşmənə bilgi verən? Rusiya kəşfiyyatı, yoxsa içimizdəki “5-ci kolon”?

Eynulla Fətullayevi ora dəvət edən və yayılacaq “üzr videosu”nun çəkilmə məkanının ictimaiyyətə saatlar öncədən çatdırılmasının “zəhmətini çəkən” kimdir?

Eynulla Fətullayev yəqin ki, bu suallara özü daha yaxşı cavab verə bilər. Çünki əgər bir oyun varsa, Eynulla Fətullayev bilərəkdən, ya bilməyərəkdən onun içinə daxil edilib.
İndi onu bu oyuna daxil edənləri özü çox rahatlıqla ifşa edə bilər və Eynulla Fətullayev buna qadirdir.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Üzr videosunun əsas hədəfi: Müdafiə Nazirliyinə kimlər və niyə hücum edir?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica