ilbet
ÜST: Dünyada sutkalıq koronavirusa yoluxma sayı ilk dəfə olaraq 2 milyonu ötüb

ÜST: Dünyada sutkalıq koronavirusa yoluxma sayı ilk dəfə olaraq 2 milyonu ötüb

Abunə Ol
Yanvar 5, 2022 21:03
ÜST: Dünyada sutkalıq koronavirusa yoluxma sayı ilk dəfə olaraq 2 milyonu ötüb
0

BƏYƏNDİM

ABUNƏ OL

Dünyada koronavirusa yoluxanların sayı 293 750 692 nəfər, ölənlərin sayı isə 5 454 131 nəfər olub.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Bildirilib ki, ilk dəfə olaraq son 24 saat ərzində koronavirusa yoluxanların sayı 2 294 039 nəfərə, ölüm sayı 7011 nəfərə çatıb.

Qeyd edək ki, sutka ərzində əvvəlki antirekord bu il yanvarın 1-də qeydə alınıb – 1 859 485 yoluxma.

Yoluxma halları ən çox ABŞ-da qeydə alınıb – 55 972 114. Sonrakı yerləri Hindistan (35 018 358), Braziliya (22 305 078), Böyük Britaniya (13 641 524) və Rusiya (10 585 984) bölüşür.

Ən çox ölüm halları da ABŞ-da olub – 821 408. Növbəti sıralarda Braziliya (619 209), Hindistan (482 551), Rusiya (313 015) və Meksika (299 581) qərarlaşıb.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.