Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA
Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA
Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa yoluxanlar, adətən, yüksək hərarət, qusma, burun axması, baş və əzələ ağrılarından şikayətlənirlər. 
Bununla bağlı Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, pediatr Əkbər Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, son aylar yoluxucu virus infeksiyası, öncədən rotavirus, onun ardınca da adenovirus müşahidə olunub:
“Bunların ortaq nöqtələri odur ki, gedişatları qusma, ishal, qızdırma ilə müşayiət olunur. Yanaşma belədir ki, əgər həddən artıq maye itkisi yoxdursa, virusların müalicəsi sadəcə simptomatikdir. Əgər qızdırma yüksəkdirsə, bunu dərmanlarla salırıq. Qusması varsa, qusma əleyhinə dərmanlar istifadə edirik. Qarıngetmələrdə isə bağırsaq ortamını düzənləyən bifida-lakta bakteriyalardan, probiotiklərdən istifadə oluna bilər”.
Həkimin sözlərinə görə, bu infeksiya uşaqlarla müqayisədə, böyüklərə nadir hallarda keçir:
“Nadir hallarda da olsa, böyüklərə də keçə bilər. Yoluxucu viruslardan qorunmaq üçün sadəcə gigiyenik təmizlik vaistələrindən istifadə edərək, əlləri təmiz saxlamaq lazımdır. Bu, uşaqlarda bir qədər çətin olduğuna görə, hər yerə əl vurduqları üçün virus daha tez və çox yayılır. Amma böyüklər buna riayət edə bilərlər”.
Pediatr Əkbər Quliyev onu da əlavə edib ki, əgər qusma, ishal və maye itkisi çoxdursa, mütləq həkimə müraciət edilməlidir:
“Hər bir infeksiyanın təhlükəsi var. Amma nadir hallarda ağırlaşmalar ola bilər. Ağırlaşma müşahidə olunarsa, halsızlıq və yorğunluq davam edərsə, mütləq həkimlərə müraciət etsinlər”.

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!