featured

Uşaq Evində böyüyən şəhidin anası tapıldı – Görün harada yaşayırmış… – FOTOLAR

Uşaq Evində böyüyən şəhidin anasının tapıldığı iddia olunur.

Turkustan.az-ın məlumatına görə, bu barədə şəhid qardaşı Elyar İslamoğlu məlumat verib:

“KİMSƏSİZ ŞƏHİDİN ANASI TAPILDI…

Uşaq evində böyüyən bir şəhidimiz var idi. Düz 5 ay morqda qaldı, yaxın qohumları, ailəsi tapılmadı ki, DNT testi ilə nəşi tanınsın, dəfn edilsin. Elə kimsəsiz kimi də dəfn edildi.
Rajapov Əmrah Füzuli uğrunda gedən döyüşlərdə oktyabrın 8-də şəhidlik zirvəsinə ucalmışdı. Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

Əmrah 2000-ci ildə Gəncədə anadan olub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıbmış. Atası və anası Əmrah kiçik olanda öldüyü deyilsə də, sən demə hər ikisi sağ imiş.
İki gün əvvəl bir şəhid yaxını zəng etdi, Əmrahın anasının sağ olduğunu və mənimlə danışmaq istədiyini dedi. Bugün danışdıq.
Həyatını qısaca anlatdı:

Gövhərcan Rajapova Yaraş qızı Türkiyədə-Ardahanda yaşayır. Əslən türkmənistanlıdır. Anası onu istəmədiyi bir oğlanla zorla evləndiribmiş. Goranboyda yaşayırmışlar. Bir müddət sonra ayrılırlar. Əmrahın 7 yaşı olanda Gəncədə kirayə ev tutaraq onu nənəsi və bacısına əmanət edərək Türkiyəyə işləməyə gedir. İşləyib pul göndərirmiş. Bir müddət sonra əlaqələr kəsilir. Nənəsi vəfat edəndən sonra Əmrah uşaq evinə verilir. Orada böyüyür. Gövhərcan deyir ki, Əmraha anasının və atasının öldüyü deyilibmiş. Gövhərcan Türkiyədə ailə qurub. Beş yaşında bir qızı da var. Amma deyir ki, heç bir sənədərim yoxdur. Əmrahın şəhid olmasını da 2022-ci ilin sonlarında qonşu qızın telefonundakı tiktokdan öyrənib. Bacısına və anasına çox qəzəblidir. Hazırda heç bir sənədi yoxdur. Sənədlərini düzəldib oğlunun məzarına gəlmək istəyir.

Türkiyədən çıxış qadağası olduğuna-“məhkəmə yasağı” görə o zamandan indiyədək Azərbaycana gələ bilmədiyini dedi”.

Sizinxeber.Az

Uşaq Evində böyüyən şəhidin anası tapıldı – Görün harada yaşayırmış… – FOTOLAR

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!