Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir-FOTO/VİDEO
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, plana uyğun olaraq şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edir, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər nümayiş etdirilir, elmi-praktik konfranslar, “dəyirmi masa”lar və digər mədəni-kütləvi tədbirlər təşkil olunur.

Sizinxeber.Az