Ukraynaya qarşı savaşan azərbaycanlı kriminal avtoritet öldürüldü – “VAQNER”İN TƏRKİBİNDƏ DÖYÜŞƏN “ZAYKA” QAÇMAQ İSTƏYƏRKƏN VURULUB

Milliyyətcə azərbaycanlı, “Zayka” ləqəbli nüfuzlu kriminal avtoritet Zaur Əliyev Ukraynada gedən müharibədə öldürülüb.

Sozcu.info xəbər verir ki, o, uzun müddət həbsxanada olub və müharibədə iştirak etmək üçün “Vaqner”ə yazılıb, ardınca da qaçmağa cəhd edərkən Priqojinin adamları tərəfindən güllələnib.

Kriminal avtoritetin tərcümeyi-halına gəlincə, bəlli olub ki, Zaur Əliyev 2016-cı ildə quldurluq, adam oğurluğu və hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək Moskva Şəhər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının qalan hissəsindən azad olmaq üçün könüllü olaraq müharibədə iştirak etmək və “Vaqner”ə qoşulmaq istədiyi barədə ərizə yazıb.

Bundan sonra “Zayka” əfv olunub, Priqojinin adamlarının heyətində Ukraynaya gedib. Lakin sonra o, qaçmaq qərarına gəlib. Mənbənin sözlərinə görə, “Vaqner” muzdluları Əliyevi tez yaxalayıb və o, güllələnib.

Sizinxeber.Az

Ukraynaya qarşı savaşan azərbaycanlı kriminal avtoritet öldürüldü – “VAQNER”İN TƏRKİBİNDƏ DÖYÜŞƏN “ZAYKA” QAÇMAQ İSTƏYƏRKƏN VURULUB

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!