Ukrayna qış mövsümündə Rusiyanın kritik infrastrukturlara mümkün zərbələrinə hazırlaşmağa davam edir.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal bildirib.
“Birincisi, biz kritik obyektlərin qorunması üzərində işləyirik. İkincisi, qəzalı vəziyyətdə olan infrastrukturun təmiri davam etdiyi vaxt üçün biz alternativ enerji ehtiyatları yaradırıq. Artıq belə bir ehtiyat formalaşdırılır. Bunun üçün yayda pul ayrılıb. Dövlət səyyar qazanlar və generatorlar alır. Vəsaitlərin bir hissəsini tərəfdaşlarımızdan humanitar yardım kimi qəbul edirik. Nəhayət, son çarə kimi əhalinin təxliyəsi üçün alqoritmlər hazırlanıb və regional hərbi idarələrin diqqətinə çatdırılıb”, – Şmıqal qeyd edib.