UEFA Avropa Liqası: “Barsa” “qırmızı şeytanlar”la sülhə razılaşdı, “Roma” məğlub oldu - VİDEO
UEFA Avropa Liqası: “Barsa” “qırmızı şeytanlar”la sülhə razılaşdı, “Roma” məğlub oldu - VİDEO

UEFA Avropa Liqası: “Barsa” “qırmızı şeytanlar”la sülhə razılaşdı, “Roma” məğlub oldu – VİDEO

UEFA Avropa Liqası: “Barsa” “qırmızı şeytanlar”la sülhə razılaşdı, “Roma” məğlub oldu – VİDEO
UEFA Avropa Liqasının pley-off mərhələsində 4 qarşılaşma yekunlaşıb.
Niderlandda keçirilən qarşılaşmada “Ayaks” evində “Yunion Berlin”lə qolsuz heç-heçə edib.
Turun əsas qarşılaşmasında “Barselona” evində “Mançester Yunayted”lə münasibətlərə aydınlıq gətirib.
Oyunun ilk hissəsində qapılara qol vurulmasa da, ikinci hissə məhsuldar alınıb. 50-ci dəqiqədə M.Alonsonun qoluna qonaqlar üç dəqiqə sonra M.Reşfordla cavab veriblər. 59-cu dəqiqədə J.Kunde topu öz qapısına vurmaqla qonaqları hesabda önə çıxarıb. 76-cı dəqiqədə isə Rafinya hesabı 2:2 edib.

“Zaltsburq” – “Roma” oyununda isə sevinən tərəf meydan sahibləri olub. Qarşılaşmanın 88-ci dəqiqəsində “Zaltsburq”un heyətində N.Kapaldo oyundakı yeganə qolu vurub.

Bosniya və Hersoqovinada keçirilən oyunda “Şaxtyor” Fransa təmsilçisi “Renn”ə qalib gəlib. Oyunda hesab 11-ci dəqiqədə açılıb. Ukrayna təmsilçisinin heyətində D.Kriskiv fərqlənib. Qarşılaşmanın ilk hissəsinə əlavə edilmiş birinci dəqiqədə A.Bondarenko penalti zərbəsini dəqiq yerinə yetirməklə hesabı artırıb.
Qonaqlar 59-cu dəqiqədə K.Ekambi ilə bu qola cavab versələr də, bundan artığına gücləri çatmayıb.

Sizinxeber.Az

UEFA Avropa Liqası: “Barsa” “qırmızı şeytanlar”la sülhə razılaşdı, “Roma” məğlub oldu – VİDEO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!