"Türkiyəyə getməsəydim, Azərbaycan teatrı üçün yaxşı olardı" - Xalq artisti

“Türkiyəyə getməsəydim, Azərbaycan teatrı üçün yaxşı olardı” – Xalq artisti

“Türkiyəyə getməsəydim, Azərbaycan teatrı üçün daha yaxşı olardı”.

Axşam.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib. Aktyor bildirib ki, etdiyi heç bir şeydən peşman deyil:

“Çünki addım atmazdan əvvəl kifayət qədər fikirləşirəm. Amma hesab edirəm ki, getməsəydim Azərbaycan teatrı üçün daha yaxşı olardı. Potensialımı bura üçün xərcləyərdim. Türkiyə nə qədər böyük olsa da, Azərbaycanın sənət və intellektual potensialı hər zaman üstündür. Bizim bir kökümüz var və o köklərin qopmaması üçün mənim burda olmağım lazımdır”.

C.Novruzov vurğulayıb ki, Azərbaycan teatrı bu gün nəinki paklığını, peşəkarlığını saxlaya bilməyib:

“Peşəkar teatr deyilən anlayış ancaq bir neçə aktyorda qalıb. Düzdür, Azərbaycan Dövlət Milli Dram Teatrında peşəkarlıq görünür, ora professionallığını qoruya bilib, amma onun adına və şanına uyğun səviyyədə deyil. Bir millətin bugünkü problemlərini onun təhsilində axtarmaq lazımdır. Məsələn, gedib bazardan alma alırıq, lakin piştaxtada qurd dəyməmiş alma yoxdur. Bəs, bu necə olub? Cavab bəsitdir: Vaxtında buna qarşı tədbir görülməyib, ağac dərmanlanmayıb. Biz bu gün həmin ağacın məhsulunu yeyirik. Ona görə teatrdakı problemlərin qaynağı dünən buraxılan səhvlərdir”.

Sizinxeber.Az

“Türkiyəyə getməsəydim, Azərbaycan teatrı üçün yaxşı olardı” – Xalq artisti

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!