Главная > Turizm > “İrAero” Perm-Bakı reyslərini 2025-ci ilin yazına qədər uzadıb

“İrAero” Perm-Bakı reyslərini 2025-ci ilin yazına qədər uzadıb


21-09-2024, 10:00. Разместил: Rss Bot Report

Rusiyanın “İrAero” aviaşirkəti Permdən Bakıya uçuşları gələn ilin mart ayının sonunadək uzadıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq məlumat Bolşoe Savino hava limanının uçuş qrafikində yer alıb.

“Oktyabrın sonundan 2025-ci il martın 25-dək uçuşlar həftədə bir dəfə - çərşənbə axşamı günləri həyata keçiriləcək. “Superjet” təyyarəsində uçuş vaxtı təxminən üç saat olacaq”, - məlumatda deyilir.

Biletlərin qiyməti bir tərəfə 18 min rubldan (330,8 manatdan) başlayır.


Вернуться назад