Azərbaycan BMT-nin Turizmin Avropa üzrə Komissiyasına üzv seçilmək üçün namizədliyini irəli sürüb
sizinxeber.az xəbər saytı

Azərbaycan BMT-nin Turizmin Avropa üzrə Komissiyasına üzv seçilmək üçün namizədliyini irəli sürüb


Azərbaycan üçün 2025–2029-cu illər üzrə BMT-nin Turizmin Avropa üzrə Regional Komissiyasına üzv seçilmək mühüm əhəmiyyət daşıyır.

“Sizinxeber.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin vəzifəsini müvəqqəti olaraq icra edən Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq komissiyanın üzvlüyünə namizədliyini irəli sürüb: “Komissiyaya 5 yer üçün 9 ölkə namizəddir. Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan, Yunanıstan və digər ölkələr də bu seçkidə iştirak edir. Ümid edirik ki, bu gün keçiriləcək səsvermə nəticəsində Azərbaycan 2025–2029-cu illər üçün komissiyaya üzv seçiləcək”.

K. Quluzadə əlavə edib ki, Azərbaycan hazırda müxtəlif yeni istiqamətlər üzrə turizm məhsulları formalaşdırır: “Ən prioritet istiqamətlərdən biri azad edilmiş ərazilərlə bağlıdır. Bu regionlara böyük maraq müşahidə olunur və Azərbaycan bu istiqamət üzrə avropalı turistlərin cəlb olunması üçün səylərini artıracaq”.

Oxşar xəbərlər

Azərbaycan Serbiya ilə turizmin inkişafı üzrə memorandum imzalayacaq
TDT Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzvlüyünə namizədliyini dəstəkləyib
Bu günədək bələdiyyə seçkilərinə 3 minə yaxın şəxs namizədliyini irəli sürüb
Tramp Uoltsun ABŞ-nin BMT-dəki səfiri vəzifəsinə namizədliyini irəli sürüb
Kənan Quluzadə: “Turizm Azərbaycanda əsas iqtisadi sektorlardan biri olub”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər