BMT Turizmin İcraiyyə Şurasının yeni Baş katibi seçilib
sizinxeber.az xəbər saytı

BMT Turizmin İcraiyyə Şurasının yeni Baş katibi seçilib


BMT Turizmin İcraiyyə Şurasının 2026-2029-cu illər üçün Baş katibi vəzifəsinə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təmsilçisi xanım Şaixa Al Novais seçilib.

"Report" bu barədə Azərbaycanın Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Seçkilər Qana, Yunanıstan, Meksika və BƏƏ-dən 2026-2029-cu illər üçün Təşkilatın Baş katibi vəzifəsinə namizədliklərini təqdim etmiş nümayəndələr arasında İspaniya Krallığının Seqoviya şəhərində 29-30 may tarixlərində keçirilən BMT Turizmin İcraiyyə Şurasının 123-cü sessiyasında keçirilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil olunub.

Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, BMT Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov da yer alıb.

Oxşar xəbərlər

TDT Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzvlüyünə namizədliyini dəstəkləyib
Turizmin iqlim məqsədlərinə uyğun inkişafı üçün qlobal tərəfdaşlıq platforması yaradılacaq
Fuad Nağıyev: “Turizmin qlobal iqlim strategiyalarına inteqrasiyası üçün yol xəritəsi müəyyən ediləcək”
Azərbaycan Ərzurumda İƏT-in Turizm nazirlərinin 6-cı iclasında iştirak edib
Azərbaycanda tibbi turizmin inkişafına dair strategiya hazırlanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər