“Air Astana” aviaşirkəti Atıraudan Bakıya birbaşa üçüşlara başlayır
sizinxeber.az xəbər saytı

“Air Astana” aviaşirkəti Atıraudan Bakıya birbaşa üçüşlara başlayır


Qazaxıstanın “Air Astana” aviaşirkəti mayın 31-dən Atırau–Bakı–Atırau marşrutu istiqamətində birbaşa uçuşlara başlayır.

Bu barədə "Report" Dövlət Turizm Agentliynə istinadən xəbər verir. Uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək

Azərbaycan Turizm Bürosu (ATB) Atırau–Bakı–Atırau marşrutun üzrə açılacaq yeni birbaşa aviareysin Qazaxıstanın Atırau şəhərində keçirilən tədbirdə təqdimatını keçirib.

Təqdimatda ATB nümayəndəsi Qazaxıstandan Azərbaycana artan marağı nəzərə alaraq ölkənin sağlamlıq turizmi, aktiv istirahət, festivallar, konsertlər, MICE və qolf turizmi imkanları barədə məlumat verib. Qeyd olunub ki, 2025-ci ilin ilk dörd ayında Qazaxıstandan Azərbaycana gələn turistlərin sayında 18 % artım qeydə alınıb.

Qeyd edək ki, hazırda Bakıya birbaşa uçuşlar Astana, Almatı və Aktau şəhərlərindən həyata keçirilir.

Oxşar xəbərlər

Mayda Atıraudan Bakıya birbaşa reys açılacaq
AZAL Bakı-Astana reyslərinin sayını artırır
İraq aviaşirkəti Bakı hava limanına uçuşlara başlayır
“Ural Hava Yolları” Soçidən Bakıya birbaşa uçuşlara başlayır
Qazaxıstan şirkəti Atıraudan Bakıya aviareys açır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər