Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
Venesuelanın turizm naziri Letisiya Qomes Ernandes iyun ayının ortalarında Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə "Sizinxeber.az"a Venesuelanın Bakıdakı səfiri Kristofer Martines Berroteran məlumat verib.
"İyun ayının ortalarında turizm sahəsində əlaqələrin inkişafı üçün nazirimizin Azərbaycana səfərini gözləyirik. O, Azərbaycana ölkələrimiz arasında turizm mübadiləsi çərçivəsində birgə təşəbbüslərin müzakirəsini və həyata keçirilməsinin davam etdirilməsini müzakirə edəcək", - deyə o əlavə edib.
Səfir həmçinin Venesuela və Azərbaycan arasında iqlim dəyişikliyi problemi üzrə qarşılıqlı əlaqələrə toxunub: "Biz Azərbaycanla iqlim dəyişikliyi problemlərinin həlli üçün əməkdaşlığı və birgə işləməyi davam etdiririk".
Diplomat əlavə edib ki, Karakas Bakı ilə ticarət, energetika sahələrində, həmçinin Cənub-Cənub qarşılıqlı əlaqələr çərçivəsində əməkdaşlığın inkişafında maraqlıdır.
Oxşar xəbərlər
Bakıda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub
Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir
Azərbaycan Özbəkistanla turizm sahəsində əməkdaşlığı genişləndirmək istəyir
Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər
Azərbaycan Serbiya ilə turizmin inkişafı üzrə memorandum imzalayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













