“NomadMania”nın təsisçisi: Xankəndidə tələbələrin əhval-ruhiyyəsi çox yüksəkdir
Təhsil hər zaman ən böyük hədiyyədir. Azərbaycanın məhz təhsil sahəsinə sərmayə yatırması isə mühüm hadisədir.
Sizinxeber.az xəbər verir ki, bunu Xankəndidə jurnalistlərə açıqlamasında “NomadMania” səyyah klubunun təsisçisi Harri Mistidis deyib.
O bildirib ki, müşahidələrinə görə, Qarabağ Universitetində təhsil alan tələbələrin əhval-ruhiyyəsinin yüksəkdir:
“Bu mənim Qarabağa üçüncü səfərim olsa da, Xankəndiyə ilk dəfədir ki gəlirəm. Məni daha çox təəccübləndirən burada universitetin fəaliyyət göstərməsi oldu. Bu barədə heç bir məlumatım yox idi. Mən özüm müəlliməm, mühazirələr oxuyuram. Ona görə də tələbələrlə ünsiyyətdə olmaq hər zaman xoşdur. Müşahidələrim göstərir ki, buradakı tələbələrin əhval-ruhiyyəsi çox yüksəkdir. Onlar bu yeni ali təhsil ocağının fəaliyyət göstərdiyi ilk ildə burada olmaqdan çox məmnundurlar. Təhsil hər zaman ən böyük hədiyyə, Azərbaycanın isə bu sahəyə sərmayə yatırması mühüm hadisədir”.
Fərid Azəri
Elgün Gəncimsoy
Oxşar xəbərlər
Gələn il Qarabağ Universitetinə 1500 nəfərə qədər tələbə qəbulu planlaşdırılır
Bu gündən dünya şöhrətli “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayır
Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılır
Türkiyə səfiri: Xankəndidə həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb
Tələbə: Qarabağ Universitetinin ilk tələbələrindən biri kimi Prezidentlə görüşmək böyük sevinc hissi yaratdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













