AZAL Qurban bayramına özəl uçuşların sayını artırır
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Qurban bayramı münasibətilə artan sərnişin tələbatını nəzərə alaraq bir neçə məşhur istiqamətdə əlavə reyslər həyata keçirəcək.
Bu barədə "Report" "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir.
"Əlavə uçuşlar Bakıdan İstanbula, Antalyaya və Dubaya planlaşdırılıb", - məlumatda deyilir.
Belə ki, AZAL Bakıdan İstanbula iyun ayının 5-i, 6-sı, 8-i, Antalyaya iyunun 6-dan 12-nə kimi hər gün, Dubaya isə iyunun 4-ü, 5-i, 8-i və 9-u tarixlərində əlavə reys yerinə yetirəcək. Sözügedən şəhərlərə uçuşların artırılması sərnişinlərə bayram günlərində daha rahat səyahət imkanı yaratmaq məqsədini daşıyır.
AZAL Qurban bayramı dönəmində səyahət etməyi planlaşdıran bütün sərnişinlərə biletləri əvvəlcədən almağı tövsiyə edir.
Aviabiletləri rəsmi saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
Oxşar xəbərlər
AZAL Qurban bayramına özəl uçuşların sayını artırır
AZAL Bakı-Naxçıvan aviareysi ilə bağlı sərnişinlərə çağırış edib
AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə bileti əvvəlcədən almağı tövsiyyə edib
AZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir
AZAL Bakıdan Şımkentə reys açır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













