Azərbaycanın turizm imkanları Rusiyanın 3 şəhərində təqdim edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanın turizm imkanları Rusiyanın 3 şəhərində təqdim edilib


Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə ölkənin turizm imkanları Rusiyanın Yekaterinburq, Tümen və Novosibirsk şəhərlərində təqdimatlar keçirilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu təqdimatlar turizm sahəsində mövcud əməkdaşlığı genişləndirmək və ölkənin turizm imkanlarını yerli turizm sənayesi nümayəndələrinə tanıtmaq məqsədi daşıyıb.

Məlumata görə, ümumilikdə 220-yə yaxın turizm sənayesi mütəxəssisinin bir araya gəldiyi tədbirlərdə iştirakçılara Azərbaycanın müxtəlif turizm istiqamətləri ilə bağlı təqdimatlar baş tutub.

Yerli turizm sənayesi təmsilçilərinin iştirak etdiyi B2B formatlı görüşlərdə əməkdaşlıq imkanları müzakirə olunub.

Oxşar xəbərlər

Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıb
Azərbaycan Hindistanda keçiriləcək beynəlxalq turizm sərgisinə qatılacaq
Azərbaycanın lüks turizm potensialı Rusiyada təbliğ olunub
Azərbaycan Özbəkistanda keçiriləcək Beynəlxalq Turizm Sərgisinə qatılacaq
Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər