Sizinxeber.az » Turizm » Qazaxıstan rəsmisi: "Azərbaycanda dağ turizmi inkişafın aktiv fazasındadır"

Qazaxıstan rəsmisi: "Azərbaycanda dağ turizmi inkişafın aktiv fazasındadır"

  • 4-03-2025, 15:30
  • Turizm
  • 0
  • 1 263

Azərbaycanda dağ turizmi inkişafın aktiv fazasına keçib.

"Sizinxeber.az"un "Şahdağ" Turizm Mərkəzinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qazaxıstanın turizm üzrə vitse-naziri Yerjan Malikoviç Avrasiya Dağ Turizm Forumunda bildirib.

"Biz hələ müzakirələr aparan zaman Azərbaycan artıq inkişafın aktiv fazasına keçib və konkret addımlar atmağa başlayıb" – deyə vitse-nazir vurğulayıb.

O qeyd edib ki, bu cür layihələrin yalnız dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi çətin olur və inkişaf strategiyası düzgün planlaşdırılmalıdır.

Y. Malikoviç Çimbulak xizək kurortunun yenidən qurulması təcrübəsini bölüşərək, bu layihənin icrasına 2007-ci ildə Asiya Oyunlarına hazırlıq çərçivəsində başlanıldığını və maliyyə çətinliklərinə baxmayaraq uğurla icra edildiyini bildirib.

Vitse-nazir vurğulayıb ki, həmin vaxt xizək kurortuna sahib olan özəl şirkət yeni kanat yollarının, süni qarlı örtük sisteminin və magistral kanat yollarının inşası üçün kreditlər götürmək qərarına gəlib.

"Dövlət bu layihələri tam maliyyələşdirə bilmədiyi üçün alternativ həll yolları tapılıb. Gələcəkdə oxşar layihələri planlaşdıranlar bu amili mütləq nəzərə almalıdırlar," – deyə o əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !