Türkiyənin turizm şirkətləri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
sizinxeber.az xəbər saytı

Türkiyənin turizm şirkətləri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub


Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Türkiyənin 6 aparıcı turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil olunub.

"Sizinxeber.az" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, iştirakçılara Azərbaycanın mədəni irsi, təbiəti və turizm imkanları təqdim edilib, həmçinin Naxçıvan Muxtar Respublikasının turizm potensialı nümayiş olunub.

Planlaşdırılmış marşrut çərçivəsində Kəngərli dağlarından Əlincə qalasınadək bir çox turizm potensiallı məkanlar ziyarət edilib.

Həmçinin səfər çərçivəsində qonaqlar 20-yə yaxın yerli turizm şirkəti ilə B2B formatında görüşlər keçirərək, gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Bu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana səfər edənlərin sayı 389 173 nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycanın lüks turizm potensialı Rusiyada təbliğ olunub
Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıb
Azərbaycan Özbəkistanda keçiriləcək Beynəlxalq Turizm Sərgisinə qatılacaq
Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir
Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər