Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 43 %-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 43 %-ə yaxın artıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 42,7 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1,6 milyard ABŞ dolları) idxalı (1,2 milyard ABŞ dolları) üstələməsi nəticəsində 400 milyon ABŞ dolları profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 18,9 % , Azərbaycana gələn xarici vətəndaşların sayı isə 29,1 % artıb.

Xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərdiyi xidmətlərin dəyəri 1,2 milyard ABŞ dolları olub. Bunun 78,4 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

9 ayda qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 11,4 % azalaraq 25 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 57,3 % artaraq 1,4 milyard ABŞ dolları olub.

Oxşar xəbərlər

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 54 % artıb
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 1 milyard ABŞ dollarını ötüb
Azərbaycan qeyri-neft-qaz ixracını 2 %-ə yaxın artırıb
Azərbaycanın tədiyyə balansında 9 ayda 182 milyon dollar profisit yaranıb
Azərbaycanın idxalında azadolmaların həcmi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər