Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndələri Qırmızı qəsəbədə olublar
sizinxeber.az xəbər saytı

Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndələri Qırmızı qəsəbədə olublar


Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) yeni seçilmiş prezidenti Maykl Tuçin, o cümlədən komitənin hazırda prezident səlahiyyətlərini icra edən Dr. Bernard Kaminetski və beynəlxalq əlaqələr üzrə direktoru Stefen J. Şnayder Qırmızı qəsəbəyə səfər ediblər.

"Report"un Şimal bürosunun məlumatına görə, səfər çərçivəsində komitənin nümayəndələri qəsəbənin tarix-mədəniyyət abidləri, ənənələri, sinaqoqları, gəzməli və görməli yerləri ilə yaxından tanış olub, Dağ Yəhudiləri Muzeyini ziyarət ediblər.

Ali qonaqlara muzeyin fəaliyyəti, yəhudi icmasının Azərbaycanda çoxəsrlik tarixi, dağ yəhudilərinin mədəni irsi, Azərbaycanın ictimai həyatındakı rolu haqqında geniş məlumat verilib, onlara muzeydə sərgilənən eksponatlar nümayiş olunub.

Görüş zamanı Dağ Yəhudilərinin İrsi Mərkəzinin direktoru İqor Şaulov Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndələrinə Azərbaycanda mövcud olan unikal multikulturalizm və tolerantlıq ənənələri barədə ətraflı məlumat verib. O, əsrlər boyu müxtəlif dinlərə, millətlərə və mədəniyyətlərə məxsus insanların Azərbaycanda harmoniya şəklində birgə yaşamasının cəmiyyətin əsas dəyərlərindən biri olduğunu və bunun dövlət siyasətində də öz əksini tapdığını vurğulayıb.

Səfər zamanı ali qonaqlar Azərbaycanda qorunan bu böyük dəyərlərin nəinki region, dünya ölkələri üçün də bir nümunə olduğunu diqqətə çatdırıblar.

Oxşar xəbərlər

Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münhendə təqdim olunub
Bakıda Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası baş tutub
Qırmızı Qəsəbənin yaradılmasının 290-cı ilinə həsr olunan sərgi keçirilib
Azərbaycanın Avroviziyada nümayəndə heyətinə yeni rəhbər təyin olunub
UNESCO Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində bir sıra görüşlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər