Sizinxeber.az » Turizm » Azərbaycandan xaricə uçuşların sayı 17 % artıb

Azərbaycandan xaricə uçuşların sayı 17 % artıb

  • 7-12-2024, 11:30
  • Turizm
  • 0
  • 1 280

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 43 ölkəyə 24 335 aviareys təşkil olunub.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 ölkə (22,8 %) və 3 573 aviareys (17,2 %) çoxdur.

Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 7 067 reys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən 10,2 % çoxdur.

11 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 5 405 reys olub ki, bu da illik müqayisədə 4,1 % çoxdur.

İlk üçlüyə 2 880 reyslə (+32,7 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub. Daha sonra, TOP-10-luğa Gürcüstan 1 852 (+ 23,4 %), Qazaxıstan 788 (+ 5,6 %) , Səudiyyə Ərəbistanı 765 (- 9,5 %), Hindistan 603 ( + 3,3 dəfə), Qətər 534 (+ 54,7 %), Özbəkistan 393 (- 29,5 %) və Küveyt 377 (+ 8,3 %) daxil olub.

İndiyə qədər ilk 10-luqda olan İsrail (332 aviareys, + 10,2 %) 12-ci yerə düşüb, bu ölkənin yerinə siyahıya Hindistan daxil olub.

Təkcə noyabrda isə Azərbaycandan xaricə təşkil olunan aviareyslərin sayı 6,7 % artaraq 2 067 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 547 reys təşkil olunub ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 7,4 % azdır.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !