Azərbaycanda qış idman növlərinin inkişafı üçün yeni layihəyə start verilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda qış idman növlərinin inkişafı üçün yeni layihəyə start verilib


Azərbaycanda xizək mədəniyyətinin təbliği və qış idman növlərinin inkişafı üçün Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi" QSC-nin təşkilatçılığı və "Baku Snow Sport" şirkətinin dəstəyi ilə yeni marifləndirici layihəyə start verilib.

"Report" agentliyə istinadən xəbər verir ki, layihənin əsas məqsədi gənclər arasında qış idman növlərinə marağı artırmaq, aktiv həyat tərzini təşviq etmək, eyni zamanda ölkəmizdə qış turizminin inkişaf potensialı və bu sahədə müasir imkanlarla tanış etməkdir.

Layihə çərçivəsində tələbələrlə ilk görüş Azərbaycan Turizm və Menecment Universitetində keçirilib. Görüşdə 100-dən artıq tələbə qış idman növlərinin əhəmiyyəti, sağlamlığa və sosial inteqrasiyaya verdiyi töhfələr haqqında məlumatlandırılıb, eləcə iştirakçılara təcrübəli mütəxəssislər tərəfindən praktiki tövsiyələr verilib, faydalı müzakirələr aparılıb.

Layihə çərçivəsində gələn il 20-dən artıq universitetdə tələbələrlə bu formatlı görüşlərin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Qazaxıstan və Azərbaycan milli idman növlərinin inkişafını gücləndirir
Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib
Qış İdman Növləri Federasiyasının baş katibi: "Bizim üçün bu tədbir önəmli idi"
Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib
Azərbaycanda turistlər üçün yeni kampaniyaya start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər