Azərbaycanla Xorvatiya arasında turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsinə həsr olunan tədbir keçirilib
Bakıda Azərbaycan və Xorvatiya arasında turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsinə həsr olunmuş tədbir keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, tədbir Xorvatiya Turizm İcması tərəfindən təşkil olunub.
Açılışda Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç çıxış edib. O qeyd edib ki, səfirlik də turist axınını artırmaq üçün Zaqreb və Bakı arasında əlaqələr yaratmağa çalışır.
“Bu sektor iki xalqın daha da yaxınlaşmasına imkan verəcək. İstər mentalitet, istərsə də tarix olsun, çoxlu ortaq cəhətlərimiz var”, - Zebiç söyləyib.
Onun sözlərinə görə, Azərbaycan və Xorvatiya arasında əlaqələr möhkəmlənir, lakin ölkələrin üzərində işləməli olduğu tərəflər də var.
“Bir səfir kimi mənim üçün azərbaycanlılar və xorvatların bir-birini daha çox görməsini təşkil etmək vacib olardı. Çünki bu, ölkələrimiz arasında əməkdaşlığı da dərinləşdirəcək”, - səfir fikrini tamamlayıb.
Oxşar xəbərlər
Bakıda Xorvatiyanın tanıtımına həsr olunan görüş keçirilib - FOTO
Azərbaycanla Türkiyə arasında turizm əməkdaşlığı haqqında saziş imzalanıb
SOCAR Xorvatiyaya qaz təchizatına başlayıb
Andrey Plenkoviç: Xorvatiya “Yaşıl enerji dəhlizi” layihəsində maraqlıdır
Macarıstan XİN Xorvatiya səfirini müdafiə nazirinin təhqiramiz bəyanatlarına görə nazirliyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












