Azərbaycanın turizm imkanları Skandinaviya ölkələrində tanıdılıb
Azərbaycan Turizm Bürosu "Aviareps" şirkətinin təşkil etdiyi "Nordic Roadshow" adlı silsilə tədbirlərə qoşularaq ölkəmizin turizm imkanlarını təbliğ edib.
Bu barədə “Report” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, İsveç Krallığının Stokholm, Finlandiyanın Helsinki, Norveçin Oslo və Danimarkanın Kopenhagen şəhərlərində keçirilən tədbirlərdə hər birinə 50-dək yerli turizm şirkəti və media nümayəndələri qatılıb.
Digər ölkə və şəhərlərin turizm büroları, hava yolları şirkətləri, beynəlxalq hotel brendləri və kruiz şirkətlərinin də iştirak etdiyi tədbirlər zamanı B2B formatlı görüşlər keçirilib, Azərbaycanın mədəniyyəti, tarixi, təbiəti və turizm məhsulları barədə məlumat verilib.
Qeyd edək ki, bu, Azərbaycan Turizm Bürosunun Skandinaviya ölkələri üzrə qatıldığı ilk tədbirdir.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında İsveç Krallığı, Finlandiya, Norveç və Danimarkadan ümumilikdə Azərbaycana 6 898 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıb
Azərbaycanın lüks turizm potensialı Rusiyada təbliğ olunub
Azərbaycan Özbəkistanda keçiriləcək Beynəlxalq Turizm Sərgisinə qatılacaq
Azərbaycan Hindistanda keçiriləcək beynəlxalq turizm sərgisinə qatılacaq
Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












