Ekspert: "Müalicə müəssisələrinə çatmaq üçün logistik portal yaradılmalıdır"
Azərbaycanda müalicə müəssisələrinə çatmaq üçün logistika imkanları ilə bağlı informativ portal yaradılmalıdır.
"Report" xəbər verir ki, bunu Qazaxıstan Tibbi Turizm Assosiasiyasının prezidenti Kristina Krivets Şuşada keçirilən "Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf imkanları" adlı tədbir çərçivəsində təşkil olunmuş "Sağlamlıq turizmində qlobal və uğurlu təcrübələr: Azərbaycan üçün təkliflər" adlı panel müzakirələrində bildirib.
Onun fikrincə, turistlərin, xüsusilə də xarici müştərilərin müalicə prosesində çətinliklərlə qarşılaşmaması üçün sistemli yanaşma zəruridir.
"Bu məsələ diqqət mərkəzində saxlanılmalıdır. Sistemli yanaşma yalnız müalicə xidmətlərinin keyfiyyətini artırmayacaq, eyni zamanda turistlərin müsbət təcrübələr qazanmasına və regionun sağlamlıq turizmi sahəsində daha da inkişaf etməsinə də kömək edəcək", – deyə K.Krivets əlavə edib.
O, həmkarlarına müraciət edərək, onları bu sahədə məlumatların sistemləşdirilməsi, çatdırılma yollarının planlaşdırılması və müvafiq resursların yaradılması üçün əməkdaşlığa çağırıb.
Oxşar xəbərlər
Azərbaycanda tibbi turizm xidmətlərinin keyfiyyətininin mütəmadi yoxlanılması təklif olunur
Kənan Qasımov: "Azərbaycanda sağlamlıq turizminin keyfiyyətində çatışmazlıqlar var"
Dövlət Turizm Agentliyi sağlamlıq turizminə dair imkanları qiymətləndirib
Fuad Nağıyev: "Qarabağ və Şərqi Zəngəzurda sağlamlıq turizmi imkanları araşdırılıb"
Nazir müavini: "Naftalanın kurort kimi fəaliyyəti üçün əsasnamə hazırlanır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













