Beynəlxalq səyyahlar Füzuliyə səfər edib, minatəmizləmə əməliyyatını izləyiblər - FOTO
sizinxeber.az xəbər saytı

Beynəlxalq səyyahlar Füzuliyə səfər edib, minatəmizləmə əməliyyatını izləyiblər - FOTO


Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupunun Füzuli rayonuna səfəri başlayıb.

APA xəbər verir ki, səyyahlar rayonun Horadiz kəndinə gəliblər. Burada onlara işğal dövründə Ermənistan ordusu tərəfindən ərazinin mina və partlamamış döyüş sursatları ilə çirkləndirilməsi barədə məlumat verilib.

Daha sonra ANAMA əməkdaşları tərəfindən ərazidə aşkarlanan mina və partlamamış döyüş sursatlarının partlayış yolu ilə zərərsizləşdirilməsi prossesini izləyiblər.

Qeyd edək ki, səyyahlar bundan əvvəl Cəbrayıl rayonunda olub, tarixi Xudafərin körpüsünü ziyarət ediblər.

Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfəri təşkil olunub. Bu səfərlərdə, ümumilikdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.

Oxşar xəbərlər

Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupunun Cəbrayıla səfəri başlayıb
Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - FOTO - YENİLƏNİB
Xarici səyyahlar Şuşaya gəliblər - YENİLƏNİB - FOTO
Xarici səyyahlar Şuşaya gəliblər - YENİLƏNİB
Beynəlxalq səyyahlar Füzuli rayonuna səfər ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər