Azərbaycanın turizm imkanları Yaponiyada təbliğ edilib
Azərbaycanın turizm imkanları 26-29 sentyabrda Yaponiyanın paytaxtı Tokioda keçirilən “Yaponiya Expo Turizm” (Tourism Expo Japan 2024) sərgisində tanıdılıb.
"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, sərgidə iştirakın məqsədi turizm məhsullarının təşviqi sahəsində təcrübə və məlumat mübadiləsinin, qarşılıqlı təbliğatın və turizm ekspertləri arasında kommunikasiyanın gücləndirilmək, eləcə də turizm agentliklərinin dəstəklənməsi və digər məsələlərdə əməkdaşlıq əlaqələrini formalaşdırmaqdır.
Sərgi iştirakçılarına Azərbaycanın mədəni, təbiət, sağlamlıq, işgüzar turizm imkanları, eləcə də şərabçılıq ənənəsi və qastronomiyası haqqında məlumat verilib.
Azərbaycan Turizm Bürosunun nümayəndələri və yerli tərəfdaşların iştirakı ilə Yaponiya Səyahət Agentlikləri Assosiasiyası və Yaponiyanın tanınmış turizm agentlikləri arasında görüşlər təşkil edilib, əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Sərgidəki milli stendi Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ziyarət edərək sərginin gedişatı ilə tanış olub.
Bu ilin yanvar-avqust aylarında Yaponiyadan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 60 %-dən çox artıb.
Oxşar xəbərlər
Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıb
Azərbaycanın lüks turizm potensialı Rusiyada təbliğ olunub
Azərbaycan Özbəkistanda keçiriləcək Beynəlxalq Turizm Sərgisinə qatılacaq
Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər
Azərbaycan və Qazaxıstanın turizm assosiasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












