Azərbaycan Türkiyənin rekreasiya zonalarına dair təcrübəsini öyrənib
sizinxeber.az xəbər saytı

Azərbaycan Türkiyənin rekreasiya zonalarına dair təcrübəsini öyrənib


Dövlət Turizm Agentliyinin nümayəndə heyəti turizm və rekreasiya zonalarının yaradılmasında əsas aspektlərin mənimsənilməsi, bu zonaların inkişaf etdirilməsi və davamlılığının təmin edilməsi istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə bu ölkənin Ankara və Afyonkarahisar şəhərlərinə səfər edb.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, səfər qurumla Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi arasında yaradılmış Turizm üzrə Birgə Komissiyanın 3-cü iclasının yekunlarına dair Fəaliyyət Planının icrası məqsədilə həyata keçirilib.

Səfər çərçivəsində Türkiyənin Turizm Nazirliyinin İnvestisiya və Müəssisələr üzrə Baş İdarəsinin nümayəndələri və Afyonkarahisar şəhərinin rəsmiləri ilə işgüzar görüşlər keçirilib. İkitərəfli turizm əlaqələrinin perspektivləri, təcrübə mübadiləsi məsələləri müzakirə edilib və birgə fəaliyyətlərin həyata keçirilməsinə dair razılıqlar əldə edilib.

Həmçinin Türkiyənin termal paytaxtı hesab olunan Afyonkarahisar şəhərinin bu istiqamətdə təcrübəsinin Kəlbəcər rayonunda termal su mənbələrinin müalicə-sağlamlıq məqsədilə istifadəsinin tətbiq edilməsi üzrə dəyərləndirmələr aparılıb.

Oxşar xəbərlər

Azərbaycanda “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər
Azərbaycan Serbiya ilə turizmin inkişafı üzrə memorandum imzalayacaq
Azərbaycan və Qazaxıstanın turizm assosiasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər