Azərbaycanın turizm imkanları MDB ölkələrində silsilə tədbirlərlə tanıdılır
Avqustun 22-29-da Azərbaycan Turizm Bürosu (ATB) Özbəkistanın Daşkənd, Qazaxıstanın Astana, Rusiyanın Moskva və Sankt-Peterburq, Belarusun Minsk şəhərində Azərbaycan turizminə həsr edilmiş silsilə tədbirlər təşkil edilib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Təbliğat tədbirlərində ölkəni ATB ilə birgə “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 14 yerli tərəfdaş təmsil edib.
Tədbirlər çərçivəsində ikitərəfli əlaqələrin formalaşdırılması və genişləndiriliməsi məqsədilə keçirilən B2B (Biznesdən biznesə) formatlı görüşlərdə ölkənin turizm imkanları, o cümlədən Bakı və Azərbaycanın regionları, yay və qış mövsümü haqqında məlumat təqdim olunub.
Bundan əlavə, xarici turizm sənayesi nümayəndələrinə Azərbaycanda mövcud olan sağlamlıq turizm obyektləri və müalicəvi kurortlar, dağ-xizək mərkəzləri, eləcə də digər turizm məhsulları haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Özbəkistan, Qazaxstan, Rusiya və Belarusdan ümumilikdə Azərbaycana 527 785 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20%-dən çox artımdır.
Oxşar xəbərlər
Azərbaycan və Qazaxıstanın turizm assosiasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Azərbaycan Hindistanda keçiriləcək beynəlxalq turizm sərgisinə qatılacaq
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər
"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 100 milyon manatı keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












