Pakistanın turizm şirkətlərinin nümayəndələri Azərbaycana səfər edib
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Pakistanın 10 aparıcı turizm şirkətinin nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.
"Sizinxeber.az" bu barədə agentliyə istinadən xəbər verir.
Pakistanın beynəlxalq turizm sərgisini "Pakistan Travel Mart"la birgə təşkil olunan tanışlıq turu çərçivəsində iştirakçılara mədəni irs, təbiət, tarixi turizm üzrə müxtəlif turizm məhsulları tanıdılıb və turizm sənayesi nümayəndələri arasında B2B formatında görüşlər keçirilib.
50-yə yaxın yerli şirkətin iştirak etdiyi B2B görüşdə qarşılıqlı əməkdaşlıq imkanları və turist mübadiləsi üzrə müzakirələr aparılıb.
Hazırda Pakistanın Lahor və İslamabad şəhərlərindən Azərbaycana birbaşa uçuşlar həyata keçirilir.
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 46 mindən çox Pakistan vətəndaşı gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 % artım deməkdir.
Oxşar xəbərlər
Qazaxıstan və Özbəkistan turizm şirkətləri üçün Azərbaycana tanışlıq turu təşkil edilib
Azərbaycanın turizm imkanları Pakistanda nümayiş etdirilib
Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıb
Azərbaycanın lüks turizm potensialı Rusiyada təbliğ olunub
Azərbaycanda yay turizm mövsümünə start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə












