​​​​​​​Azərbaycan Səudiyyə Ərəbistanı və İordaniyada turizm tədbirlərinə qatılacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
iy
2025
11:00
0
0
7 571

​​​​​​​Azərbaycan Səudiyyə Ərəbistanı və İordaniyada turizm tədbirlərinə qatılacaq

28 iy, 2025
11:00
7 571

​​​​​​​Azərbaycan Səudiyyə Ərəbistanı və İordaniyada turizm tədbirlərinə qatılacaq

Azərbaycan sentyabrın 15-16-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək KBLT (Kingdom Business & Luxury Travel Congress) və oktyabrın 7-9-da İordaniyanın Aqaba şəhərində keçiriləcək DWP (Destination Wedding Planners Congress) turizm tədbirlərində iştirak edəcək.

“Report” xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.

4-cü dəfə təşkil olunan KBLT qlobal liderləri və lüks brendləri Səudiyyə Ərəbistanının ən nüfuzlu müştəriləri ilə birləşdirən əsas platformadır. DWP isə 11-ci dəfə təşkil edilir. Ötən il bu tədbirə 70-dən çox ölkə qatılıb, iştirakçıların 98 %-i konqresi müsbət qiymətləndirib.

Bizimlə əlaqə saxlayın