“Expo 2025 Osaka”da Azərbaycanın turizm potensialı təqdim edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2025
12:00
0
0
7 480

“Expo 2025 Osaka”da Azərbaycanın turizm potensialı təqdim edilib

24 iy, 2025
12:00
7 480

“Expo 2025 Osaka”da Azərbaycanın turizm potensialı təqdim edilib

Yaponiyanın Osaka şəhərində keçirilən “Expo 2025”də Azərbaycan pavilyonunda ölkənin turizm potensialı təqdim edilib.

Bu barədə "Report" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Yaponiya, eləcə də Asiyanın müxtəlif ölkələrindən olan 30 aparıcı turizm sənayesi nümayəndəsinin iştirakı ilə şəbəkələşmə tədbiri, həmçinin beynəlxalq bazarları təmsil edən 30 media nümayəndəsinin iştirakı ilə media tədbiri baş tutub. Tədbirlərdə Azərbaycanın şərab irsi və enoturizm potensialı haqqında təqdimatlar edilib.

Pavilyonun “Yeddi Gözəl” konsepsiyasına uyğun olaraq Azərbaycan Turizm Bürosu tərəfindən “Azərbaycanın Yeddi Marşrutu” adlı interaktiv proqram hazırlanıb. Proqramda ziyarətçilərə Azərbaycanın əsas turizm məhsulları, eləcə də təbiəti, mədəniyyəti və tarixi ilə yaxından tanış olmaq imkanı yaradılıb.

Qeyd edək ki, Azərbaycan milli pavilyonu “Expo 2025”in “Həyatları əlaqələndirmək” (“Connecting Lives”) bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” (“Seven Bridges for Sustainability”) mövzusunu əhatə edir.

Bizimlə əlaqə saxlayın