Azərbaycanla Mərakeş arasında logistika sahəsində çərçivə sazişinin icra vəziyyəti müzakirə olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2025
01:30
0
0
7 250

Azərbaycanla Mərakeş arasında logistika sahəsində çərçivə sazişinin icra vəziyyəti müzakirə olunub

24 iy, 2025
01:30
7 250

Azərbaycanla Mərakeş arasında logistika sahəsində çərçivə sazişinin icra vəziyyəti müzakirə olunub

Azərbaycanın Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov 2025-ci il iyulun 23-də Mərakeş Krallığının nəqliyyat və logistika naziri Abdessamad Kayuh ilə görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə səfir "X" səhifəsində paylaşım edib.

Görüş zamanı Azərbaycan və Mərakeş arasında hökumətlərarası komissiyanın son iclası çərçivəsində imzalanmış logistika sahəsində çərçivə sazişinin icra vəziyyəti müzakirə olunub.

Sənədin reallaşdırılması üçün müvafiq qurumlar arasında işçi qrupun yaradılması və atılacaq növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın