Azərbaycana turist axını 1 % azalıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
iy
2025
14:00
0
0
1 145

Azərbaycana turist axını 1 % azalıb

21 iy, 2025
14:00
1 145

Azərbaycana turist axını 1 % azalıb

Bu ilin I yarısında Azərbaycana 178 ölkədən 1 milyon 217,4 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 25,8 %-i Rusiya, 17,6 %-i Türkiyə, 9,4 %-i Hindistan, 8,2 %-i İran, 4,2 %-i Gürcüstan, 3,7 %-i Qazaxıstan, 3,2 %-i Səudiyyə Ərəbistanı, 2,9 %-i Pakistan, 2,1 %-i Çin, hər birindən 1,9 % olmaqla İsrail və Özbəkistan, 1,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1 % olmaqla Belarus və Küveyt, 12,6 %-i digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,9 %-ni kişilər, 32,1 %-ni qadınlar təşkil edib.

1 il əvvələ nisbətən İsraildən gələnlərin sayı 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Çindən - 1,6 dəfə, Yaponiyadan - 44,3 %, Qırğızıstandan - 40,5 %, İordaniyadan - 20,7 %, Niderlanddan - 19,1 %, Qazaxıstandan - 18,3 %, ABŞ-dan - 17,7 %, Pakistandan - 16,7 %, Kanadadan - 16,0 %, İtaliyadan - 13,2 %, Cənubi Koreyadan - 13 %, Almaniyadan - 11,1 %, Özbəkistandan - 10,3 % artıb.

Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,4 % artaraq 49,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7 % azalaraq 186,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,3 % azalaraq 422,9 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 5,8 % artaraq 558,8 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 74,3 %-i hava, 24,3 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Bizimlə əlaqə saxlayın