Azərbaycandan xaricə səfər edənlərin sayı 1%-ə yaxın azalıb
Cari ilin yanvar-iyun ayları ərzində xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 0,7 faiz azalaraq 988,2 min nəfər olub.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 14,2 faiz, Gürcüstana gedənlərin sayı 25,3 faiz artmış, Türkiyəyə gedənlərin sayı 4,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 24,6 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 38,1 faizi Türkiyəyə, 16,7 faizi Rusiya Federasiyasına, 11,1 faizi Gürcüstana, 10 faizi İrana, 24,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 66 faizini kişilər, 34,0 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
Azərbaycandan xaricə turist axını 26% artıb
Azərbaycandan Türkiyəyə turist axını 500 min nəfəri ötüb
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 19% artıb
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Ötən ay Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 27% azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











