Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının üzvlərin sayı 8-ə yüksəlib
Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının üzvlərin sayı 8-ə yüksəlib.
"Report"un "Şahdağ" Turizm Mərkəzinə ezam olunmuş müxbiri xəbər verir ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti çərçivəsində 4 yeni üzv qəbul olunub.
Bunlar Azərbaycanın "Tufandağ" Dağ Kurortu, Türkiyənin "Ərciyəz" Dağ Kurortu, Türkiyənin "Ejder 3200 World Ski Center" və Qazaxıstanın "Oi-Qaragai" kurortudur.
Bundan başqa, sammit çərçivəsində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Xizəkçi Jurnalistlər Klubu yaradılıb.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı Türk Dövlətləri Təşkilatının dəstəyi ilə ötən ilin sentyabr ayında yaradılıb. İttifaqa indiyədək bu kurortlar üzv idi: Azərbaycanın “Şahdağ” Turizm Mərkəzi, Özbəkistanın "Amirsoy", Qazaxıstanın "Şimbulak" və Türkiyənin "Uludağ" Dağ Kurortları.
Oxşar xəbərlər
Rüstəm Nəcəfov: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının inkişafı üçün güclü əməkdaşlıq tələb olunur"
"Türkdilli Dövlətlərin Xizək Kuboku" həvəskarlar arasında keçiriləcək
Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı məqsədlərini açıqlayıb
Türkdilli dövlətlərin Xizək Kuboku keçiriləcək
Rüstəm Nəcəfov: "Türkdilli dövlətlərin birgə xizək təlim mərkəzi yaradılacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











