Ötən il Azərbaycandan Almatıya gedən turistlərin sayı 24 % artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
iy
2025
16:00
0
0
4 367

Ötən il Azərbaycandan Almatıya gedən turistlərin sayı 24 % artıb

12 iy, 2025
16:00
4 367

Ötən il Azərbaycandan Almatıya gedən turistlərin sayı 24 % artıb

Ötən il Azərbaycandan Almatıya gedən turistlərin sayında 24 %-lik artım olub.

"Report"un "Şahdağ" Turizm Mərkəzinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qazaxıstanın "Şimbulak" Dağ Kurortunun Baş direktoru Rinat Abdrahmanov Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammitində bildirib.

Onun sözlərinə görə, dağ turizmi gəlirli sahələrdən birinə çevrilib: "Keçən il Türkiyədən Almatıya 160 000-dən çox turist gəlib və bu da əvvəlki illə müqayisədə təxminən 7 % artım deməkdir. Azərbaycandan isə 24 % artım var. Bu, insanların türk bölgələri daxilində daha aktiv səyahət etdiyini və bu, ehtiyatlarımızı inkişaf etdirmək üçün böyük potensial olduğunu sübut edir".

O qeyd edib ki, "Şimbulak" Dağ Kurortu təkcə xizək sürmək və istirahət etmək üçün deyil, festival, konsert və mədəniyyət tədbirləri üçün paylaşılan platforma yaradır.

Bizimlə əlaqə saxlayın