Rüstəm Nəcəfov: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının inkişafı üçün güclü əməkdaşlıq tələb olunur"
sizinxeber.az xəbər saytı

Rüstəm Nəcəfov: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının inkişafı üçün güclü əməkdaşlıq tələb olunur"


Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının inkişafı üçün üzvlər arasında güclü əməkdaşlıq tələb olunur.

"Sizinxeber.az"un "Şahdağ" Turizm Mərkəzinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammitində bildirib.

Onun sözlərinə görə, ittifaq kurortlar arasında əməkdaşlıq və birgə inkişaf üçün dəyərli bir mərkəz kimi fəaliyyət göstərir: "Bütün bu məqsədlərə çatmaq, əlbəttə ki, vaxt, təcrübə və üzvlərimiz arasında daha güclü əməkdaşlıq tələb edir. Ümid edirik ki, üzvlərin sayını artıracağıq və çox sürətlə böyüyəcəyik. Artıq ümidverici nəticələr əldə etmişik. Əsas nümunə keçən il Özbəkistanın "Amirsoy" Dağ Kurortunda keçirilən ilk xizək yarışı idi. Bu, həvəskar idmançılar arasında idi və çox uğurlu bir yarış oldu. Bu uğura əsaslanaraq, üzv ölkələrimizdə hər il xizək və snoubord yarışları ilə yanaşı, mədəni və əyləncə tədbirləri keçirməyi planlaşdırırıq".

O qeyd edib ki, növbəti yarış "Uludağ" Dağ Kurortunda gələn mövsümdə keçiriləcək: "Çox şadıq, çünki ümumiyyətlə bütün kurortları tez-tez ziyarət etsək də, "Uludağ" bizim üçün yəqin ki, ilk təcrübə olacaq və orada gözəl bir yarış keçirəcəyik".

Oxşar xəbərlər

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı məqsədlərini açıqlayıb
Türkdilli dövlətlərin Xizək Kuboku keçiriləcək 
"Türkdilli Dövlətlərin Xizək Kuboku" həvəskarlar arasında keçiriləcək
Türkdilli ölkələrin Xizək Kurortları İttifaqı yaradılıb
Baş katib: "Türk Dövlətləri Kubokunun növbəti il Azərbaycanda keçirilməsini istəyirik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle