Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı məqsədlərini açıqlayıb
sizinxeber.az xəbər saytı

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı məqsədlərini açıqlayıb


Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının məqsədi regional inkişafa töhfə verməkdir.

"Report"un "Şahdağ" Turizm Mərkəzinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Sədri Rüstəm Nəcəfov Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammitində bildirib.

Onun sözlərinə görə, ittifaq hələ gənc olsa da, məqsədləri böyükdür: "Bura üzv ölkələri qış və xizək turistləri üçün əsas istiqamətlər kimi təşviq etmək üçün vahid marketinq strategiyaları və kampaniyaları hazırlamaq, qış turizmi və idmanına ictimai marağı artırmaq üçün tədbirlər təşkil etmək, birgə reklam və PR layihələrini həyata keçirmək, innovativ texnologiyalardan istifadə edərək üzv kurortlar arasında şəbəkəni gücləndirmək və kurort mütəxəssisləri üçün hərtərəfli təlim proqramları təqdim etmək daxildir".

O qeyd edib ki, ittifaqın məqsədi qış turizmini təşviq etmək və onun üzvlərinin sayını artırmaq üçün fəal şəkildə çalışaraq regional inkişafa töhfə verməkdir: "İnanıram ki, ittifaqımız böyüməyə davam edəcək, məqsədlərinə çatacaq və gələcəkdə daha böyük uğurlar əldə edəcək".

Oxşar xəbərlər

Rüstəm Nəcəfov: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının inkişafı üçün güclü əməkdaşlıq tələb olunur"
Türkdilli dövlətlərin Xizək Kuboku keçiriləcək 
"Türkdilli Dövlətlərin Xizək Kuboku" həvəskarlar arasında keçiriləcək
Türkdilli ölkələrin Xizək Kurortları İttifaqı yaradılıb
Azərbaycanda Avrasiya Dağ Turizmi Forumu keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle