İrlandiyalı səyyah: Şuşadakı poçt şöbəsini həmişə xatırlayacağam
“Şuşadakı poçt şöbəsi mənim üçün özəl bir yerdir”.
APA xəbər verir ki, bunu irlandiyalı səyyah David Joseph Langan Şuşa şəhərində yeni açılan poçt ofisi ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
“Mən bütün dünyadakı post ofislərinə baş çəkirəm. Sonra isə dostlarıma açıqcalar göndərirəm. Bütün bunlar xatirədir. Mənim Şuşa ilə bağlı da açıqcam var. Onun üstündə qalanın çox gözəl bir şəkli var. Möhür və tarix də qeyd olunub. Bunları evə göndərəndə xatirə kimi qalır. Həqiqətən də, çox gözəl xatirədir. Bu gün burada açılan post şöbəsi əladır. Orada işləyən heyət də çox mehribandır. Hətta İrlandiyadan gəlməyimə baxmayaraq, bəzi sözləri başa düşürəm. Hər yerdə insanlar gülümsəyir. Bu gün Qarabağda, Şuşada çox yaxşı xatirələrim oldu. Əla bir gün idi. Mən bu poçt şöbəsini həmişə xatırlayacağam”, - irlandiyalı səyyah qeyd edib.
Toğrul Quluzadə
Elgün Gəncimsoy
Oxşar xəbərlər
Şuşadan poçt vasitəsilə ABŞ, Kanada və İrlandiyaya ilk məktub göndərilib - FOTO - VİDEO
İrlandiyalı səyyah: Şuşa xüsusi təəssürat yaratdı
Amerikalı səyyah: Azərbaycan Qarabağda möhtəşəm işlər görür
Amerikalı səyyah: Şuşada indi hər şey mükəmməl görünür
"Azərpoçt"un Laçın, Cəbrayıl və Əsgəranda poçt şöbələri açılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












