Nazirlik nümayəndəsi: Özbəkistan turizm sahəsində Azərbaycanla işbirliyi üçün cəhdlər edir
sizinxeber.az xəbər saytı

Nazirlik nümayəndəsi: Özbəkistan turizm sahəsində Azərbaycanla işbirliyi üçün cəhdlər edir


Özbəkistan türkdilli dövlətlərlə bütün sahələrdə, o cümlədən turizm sektorunda əməkdaşlığı genişləndirmək üçün aktiv fəaliyyətlər göstərir. Bu istiqamətdə xüsusilə Azərbaycanla işbirliyi üçün cəhdlər edilir.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Özbəkistan Turizm Nazirliyinin marketoloqu Şerzod Sultanov bildirib.

O deyib ki, Azərbaycanla Özbəkistanın mətbəxi həm yaxındır, həm də hər iki ölkə dünyada öz ləziz yeməkləri ilə tanınır:

"Mətbəx turizmdə əsas rol oynayır. Bundan başqa, tarixinin qədimliyi, abidələri, çoxşaxəli mədəniyyəti baxımından Azərbaycanla Özbəkistan oxşardır. Keçən il turizm potensialımızın dünyada tanıdılması istiqamətində geniş tədbirlər keçirdik. Azərbaycan nümayəndələri, o cümlədən media da orada yaxından iştirak etdi”.

Nazirlik nümayəndəsi əlavə edib ki, 2027-ci ildə Özbəkistanın bir şəhəri Türk dünyasının turizm paytaxtı seçiləcək. Onun sözlərinə görə, təklif bu gün Ankarada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin mədəniyyət-turizm nazirlərinin, həmçinin müvafiq nümayəndə heyətləri rəhbərlərinin 10-cü toplantısında irəli sürülüb.

Oxşar xəbərlər

Azərbaycan Özbəkistanla turizm sahəsində əməkdaşlığı genişləndirmək istəyir
Azərbaycan Özbəkistanda turizm kompleksi yaradacaq
Özbəkistan Prezidentinin müşaviri: “Azərbaycanla əlaqələrimiz məhsuldar şəkildə inkişaf edir”
Nazir: “Şimali Kiprin Türk dövlətləri ilə enerji, turizm və aqrar sektorda əməkdaşlıq üçün imkanları var”
Azərbaycanla Türkiyə arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle