Rusiya Turizm İttifaqı: Azərbaycana turist axınında azalma yoxdur, qonaqlara münasibət müsbətdir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
iy
2025
14:30
0
0
2 969

Rusiya Turizm İttifaqı: Azərbaycana turist axınında azalma yoxdur, qonaqlara münasibət müsbətdir

03 iy, 2025
14:30
2 969

Rusiya Turizm İttifaqı: Azərbaycana turist axınında azalma yoxdur, qonaqlara münasibət müsbətdir

Turoperatorlar Rusiyadan Azərbaycana tur rezervasiyalarında kəskin azalma qeydə almırlar, ləğvetmələr tək-tükdür.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiya Turizm Sənayesi İttifaqının prezidenti İlya Umanski bildirib.

"Ötən gün KİV-lər Azərbaycana tur rezervasiyalarının kəskin azalması (30-40 %) haqqında kütləvi şəkildə xəbərlər yayırdılar. Biz Rusiya Turizm Sənayesi İttifaqında bu məlumatı yoxladıq. Turoperatorların məlumatlarına görə bu təsdiqlənmir. Rezervasiyalarda azalma yoxdur. Ləğvetmələr - tək-tükdür, norma çərçivəsindədir", - İ.Umanski sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, Azərbaycanda turistlərə münasibət xoş olaraq qalır.

Bizimlə əlaqə saxlayın