Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
iy
2025
15:30

Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək

02 iy, 2025
15:30
725

Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək

Azərbaycan turzim imkanları Yaxın Şərq, Şərqi və Cənubi Asiya ölkələrində təbliğ ediləcək.

“Repor” xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.

Məlumata görə, Agentlik Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində yol şousunun, Küveyt, Oman və Qətərdə B2B tədbirlərinin, həmçinin Birləşmiş Ərəb Əmirliklərində şəbəkələşmə tədbirinin keçirilməsinə 530 min manat xərcləyəcək.

Bundan başqa, qurum Çin, Hindistan və Yaponiyada seminarlar, şəbəkələşmə tədbirləri və yol şousunun təşkil olunmasına, təmsilçilik xidmətlərinin göstərilməsinə 1,461 milyon manat xərc çəkəcək.

Bizimlə əlaqə saxlayın