Rəşad Əliyev: “Turistlərin regionlara səyahəti asanlaşdırılacaq” » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
in
2025
10:30
0
0
6 835

Rəşad Əliyev: “Turistlərin regionlara səyahəti asanlaşdırılacaq”

24 in, 2025
10:30
6 835

Rəşad Əliyev: “Turistlərin regionlara səyahəti asanlaşdırılacaq”

Azərbaycan Turizm Bürosunun “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə əməkdaşlığı turistlərin regionlara səyahətini asanlaşdıracaq.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Azərbaycan Dəmiryolu Muzeyində Büro ilə ADY arasında tərəfdaşlıq memorandumlarının imzalanması ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, ADY ilə qurulan bu tərəfdaşlıq dayanıqlı turizmin inkişafına, regionlara səyahətin asanlaşdırılmasına və turistlərə unudulmaz təcrübələrin təqdim olunmasına töhfə verməyi hədəfləyir: “Əməkdaşlıq çərçivəsində turizm sənayesi nümayəndələri ilə mütəmadi görüşlər keçiriləcək, korporativ əməkdaşlığın genişləndirilməsi və qatar marşrutlarının tanıtımına dair çəkilişlərin təşkili planlaşdrılır".

Bizimlə əlaqə saxlayın