“Şahdağ”da 10 kilometrlik yeni xizək yolu inşa edilir
sizinxeber.az xəbər saytı

“Şahdağ”da 10 kilometrlik yeni xizək yolu inşa edilir


“Şahdağ” Turizm Mərkəzində 10 kilometrlik yeni xizək yolunun inşası həyata keçirilir.

"Sizinxeber.az"un Mərkəzə ezam olunmuş müxbiri xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Rüstəm Nəcəfov yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media turda deyib.

Onun sözlərinə görə, yay mövsümünə hazırlıq çərçivəsində ərazidə və hotellərdə mövcud infrastruktur təkmilləşdirilib, yenidənqurma və bərpa işləri aparılıb, kanat xətləri, əyləncə növləri və atraksionlar texniki baxışdan keçirilib və tam istifadəyə hazır vəziyyətə gətirilib.

O, 2026-cı ilin mart ayında “Şahdağ”da keçiriləcək Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışları ilə əlaqədar olaraq yeni infrastruktur layihələrinin icrasına start verildiyini qeyd edib, bu çərçivədə 10 kilometrlik yeni xizək yolunun inşasının həyata keçirildiyini qeyd edib.

Turizm rəsmisi həmçinin bildirib ki, bu ilin sonuna qədər 124 nömrədən ibarət daha bir hotelin istifadəyə verilməsi planlaşdırılır.

Mərkəz rəhbəri vurğulayıb ki, “Şahdağ” kompleksinin inkişafı və genişləndirilməsi mərhələli şəkildə davam etdirilir, görülən işlər davamlı xarakter daşıyır.

Oxşar xəbərlər

Qış İdman Növləri Federasiyasının baş katibi: "Bizim üçün bu tədbir önəmli idi"
Azərbaycanda yay turizm mövsümünə start verilib
Rüstəm Nəcəfov: “Şahdağ” Turizm Mərkəzi beynəlxalq yarışlara ev sahibliyi edəcək"
Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku 2026-cı ildə Azərbaycanda keçiriləcək
Federasiya rəsmisi: "Avropa çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi üçün müraciət etmişik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər