Çində Azərbaycanın rəsmi turizm ofisi açılacaq
sizinxeber.az xəbər saytı

Çində Azərbaycanın rəsmi turizm ofisi açılacaq


Azərbaycan bu ilin sonuna qədər Çində rəsmi turizm ofisi açmağı planlaşdırır.

Bu barədə “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, Çin bazarı gələcək üçün prioritet istiqamətlərdən biri kimi müəyyən edilib: “Ölkə rəhbərliyi səviyyəsində bu istiqamətdə qərarlar qəbul edilir, beynəlxalq sazişlər imzalanır və turizm sənayesinə dair tapşırıqlar verilir. Hazırda texniki-maliyyə məsələləri yekunlaşmaq üzrədir və ilin sonuna qədər Çində rəsmi turizm ofisimizin açılması planlaşdırılır”.

K. Quluzadə bildirib ki, “China Ready” strategiyası çərçivəsində çinli turistlər üçün xüsusi bələdçilər hazırlanır, həmçinin onlara uyğunlaşdırılmış onlayn platformalar və çap məhsulları üzərində iş aparılır.

“Bu, Azərbaycanın Çin bazarına nə qədər ciddi yanaşdığını göstərir. Hazırda bizim turizm ofisimiz İsraildə (Tel-Əviv) və Rusiyada (Moskva) fəaliyyət göstərir. Yaxın vaxtlarda Türkiyədə (İstanbul) də ofis açılacaq. Daha sonra isə Çin növbəti addım olacaq”, - deyə o əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Çində keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək
Azərbaycanda qış turizm mövsümünə start verilib
Agentlik: Daşaltıda Turizm İnformasiya Mərkəzi yaradılacaq
Azərbaycan BMT-nin Turizmin Avropa üzrə Komissiyasına üzv seçilmək üçün namizədliyini irəli sürüb
Kənan Quluzadə: “Turizm Azərbaycanda əsas iqtisadi sektorlardan biri olub”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər