Turist Bələdçiləri Dərnəyinin 43 nəfərlik heyəti hotel dağıntıları altında qalıb: 10-u ölüb - FOTO
Turist Bələdçiləri Dərnəyinin 43 nəfərlik heyəti hotel dağıntıları altında qalıb: 10-u ölüb - FOTO

Turist Bələdçiləri Dərnəyinin 43 nəfərlik heyəti hotel dağıntıları altında qalıb: 10-u ölüb – FOTO

Turist Bələdçiləri Dərnəyinin 43 nəfərlik heyəti hotel dağıntıları altında qalıb: 10-u ölüb – FOTO
Türkiyə Turist Bələdçiləri Dərnəyinin (TÜREB) təlimlərə qatılan 43 nəfərlik bələdçi heyəti Adıyamanda olarkən zəlzələ baş verib.
“Grand Isias” hotelinin dağıntıları altında qalan bələdçilərdən 10-u həyatını itirib, 19-u sağ-salamat xilas edilib, 14-ü ilə əlaqə saxlanılmağa çalışılır.
Bu barədə Antalya Ticarət və Sənaye Palatasının (ATSO) 36-cı Qrup Hotellər və Yerləşdirmə Peşəkar Komitəsinin üzvü Funda Gökgöl məlumat verib.
Funda Gökgöl komandanın Mərmərə, Ege və Aralıq dənizi təlimlərini tamamladıqdan sonra cənub-şərqdə təlim keçmək üçün bölgəyə getdiyini bildirib.
“Dağıntılar altındakı dostlarımızın bəziləri çıxarılıblar, bəziləri hələ də dağıntılar altındadırlar. Təəssüf ki, itirdiklərimiz var. Zəlzələnin ilk günündən bəri Antalya Bələdçilər Palatası rəhbəri Mustafa Yalçınkaya və idarə heyətinin üzvü Volkan Lubievski hotel dağıntılarının önündə gözləyirlər. Çıxarılan cəsədlərdən dördü Antalyaya göndəriləcək, amma nəqliyyat vasitəsi tapa bilmirik. Bununla bağlı səlahiyyətlilərdən kömək gözləyirik”, – deyə o qeyd edib.

Mənbə: Haber Global

Sizinxeber.Az

Turist Bələdçiləri Dərnəyinin 43 nəfərlik heyəti hotel dağıntıları altında qalıb: 10-u ölüb – FOTO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!